İran Ermənistana dərman vasitələri ixrac edəcək.

"Unikal" xəbər verir ki, İranın səhiyyə nazirin müavini və Ərzaq və Dərman Təşkilatının rəhbəri Seyid Heydər Məhəmmədi Ermənistan səhiyyə nazirinin müavini Lena Nanuşyanın İranda istehsal olunan dərman və tibbi avadanlıqların bu ölkəyə ixracı üçün təklifini müsbət qarşılayıb.
İranlı nazir müavini bildirib ki, tibbi avadanlıqların 50%-i yerli istehsaldır və region ölkələrinə ixrac edilir.

Ermənistan səhiyyə nazirinin müavini Lena Nanuşyan deyib: "Biz İranın onkoloji dərmanlarını Ermənistanda istifadə etməkdə maraqlıyıq və ehtiyac duyulan dərmanların bir hissəsini hökumətdən və ya İran şirkətlərindən də almaq mümkündür.
Biz iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün müqavilə imzalamaqdan məmnunuq və İran dərmanlarının Avrasiyada qeydiyyata alınması mümkün olarsa, İrandan dərman idxalı asanlaşacaq".