ABŞ prezidenti Co Bayden həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalninin müəmmalı ölümü ilə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, amerikalı lider Navalnının ölümündə Rusiya rəhbərliyini günahkar bilib.

Bayden müxalifət liderinin ölümünü "vəhşilik" adlandırıb və "Navalninin ölümündə Putin məsuliyyət daşıyır” ifadəsini işlədib. 

Xatırladaq ki, 19 il müddətinə azadlıqdan məhrum edilən müxalifət lideri Aleksey Navalnı cəzasını çəkdiyi Yamalo-Nenets bölgəsindəki həbsxanada dünyasını dəyişib.

Nuranə Abbasova