Rusiya Ədliyyə Nazirliyi iş adamı Oleq Tinkov və aktyor Nikita Kukuşkini xarici agentlərin reyestrinə daxil edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

“N.A.Kukuşkin Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxdığına, O.Yu.Tinkov Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasətlər haqqında yalan məlumatlar yaydığına görə xarici agent elan olunurlar", - deyə məlumatda deyilir.

Kukuşkin və Tinkov Rusiyadan kənarda yaşayırlar.

Bundan başqa, jurnalist və ədəbiyyatşünas Anna Narinskaya, filosof Yuliya Sineokaya, fəal Aslan Artsuyev də reyestrdə yer alıblar.

Nuranə Abbasova