Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.