NATO hərbi baxımdan Rusiyadan daha güclüdür.

"Unikal" xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib.

"NATO dünyada ən böyük hərbi qüvvədir və dünyanın hərbi gücünün təqribən yarısını təşkil edir. Hərbi baxımdan biz Rusiyadan güclüyük", - o deyib.

Bundan başqa, Stoltenberq Ukraynadakı münaqişə ilə əlaqədar olaraq NATO-nun öz hərbi ehtiyatlarını sərf etdiyini bildirib.

"Bu səbəbdən biz təcili olaraq istehsalı artırırıq", - o qeyd edib.