İranın Kirman vilayətində 30 yaşlı gənc məişət problemləri ucbatından qohumlarını güllələyib. 

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə vilayətin polis rəisi Nasir Fərşid məlumat yayıb. 

Onun sözlərinə görə,  qohumları ilə mübahisə edən şəxs "Kalaşnikov" avtomatı ilə qadın və uşaqların da olduğu 12 nəfəri qətlə yetirib və ərazidən uzaqlaşıb. 

Hadisədən sonra başladılan əməliyyat-axtarış tədbirləri zamanı şübhəlinin yeri müəyyən edilib. Polisə müqavimət göstərən  qatil silahla vurularaq zərərsizləşdirilib. İnsidentdə bir neçə polis əməkdaşı yaralanıb.