İsrailin havadan və qurudan hücumlarını davam etdirdiyi Qəzza zolağının şimalında yerləşən Nəsr Uşaq Xəstəxanasında dəhşətli görüntülər ortaya çıxıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanadan çürümüş körpə meyitləri aşkarlanıb. 

Xatırladaq ki, 2023-cü il noyabrın 10-da İsrail ordusu Qəzza şəhərinin qərbindəki Nəsr Uşaq Xəstəxanası və Er-Rantisi xəstəxanasını mühasirəyə alıb. 

İsrail ordusunun Nəsr rayonundan çıxarılması ilə xəstəxanadan paylaşılan görüntülər dünya mediasının diqqətini çəkib. Görüntülərdə xəstəxananın dağılmış divarları, yararsız tibbi avadanlıqlar və çarpayılarda çürüyən körpə meyitləri əks olunub.