Amerikalı reper Snoop Doggun kiçik qardaşı Bing Uorthington həyatını itirib. 

"Unikal" xəbər verir ki, bu barədə reper "Instagram" hesabında məlumat paylaşıb. O,  44 yaşında vəfat edən qardaşının ölüm səbəbini açıqlamayıb. 

Xatırladaq ki, Snoop Dogg bir müddət əvvəl Qarabağdakı saxta qondarma rejimə dəstək paylaşımı ilə diqqət çəkmişdi. Həmçinin, o ötən ilin sentyabrında Ermənistanda konsert verəcəkdi. İrəvana gəlmək üçün 6 milyon alan reper son anda konsertini ləğv etmişdi.