ABŞ dövlət katibi Antoni Blinken Almaniyada keçirilən 60-cı Münxen Təhlükəsizlik Konfransında (MSC 2024) iştirak etdiyi iclasda çıxış edərək İsrailin Qəzzaya hücumlarına toxunub.

"Unikal" xəbər verir ki, Blinken, İsrailin baş naziri Benyamin Netanyahuya dəstəyini təkrarlayaraq, “Biz İsraili başa düşürük və 7 oktyabrda baş verənlərin bir daha təkrarlanmaması üçün yollar tapmaq üçün onu dəstəkləyirik” deyib.

Son 4 aydır ehtiyacı olanların yardıma çatması üçün hər gün çalışdığını bildirən Blinken, təşəbbüslərinin davam edən humanitar böhrana böyük töhfələr verdiyini bildirib.

Blinken Fələstin dövlətinin qurulmasına hər zamankindən daha çox ehtiyac duyulduğunu və İsrailin Fələstinlə sülh yaratmaq üçün böyük imkana malik olduğunu bildirib.