Fransa prezidenti Emmanuel Makronun Ukraynaya 3 milyard avro məbləğində hərbi yardım ayırması öz fransız xalqının ziyanınadır.

"Unikal" xəbər verir ki, bunu fransasız siyasətçisi Florian Filippot "X" sosial şəbəkəsində yazıb. 

Vətənpərvərlər partiyasının lideri xatırladıb ki, ötən gün Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire ölkədə tətil edən fermerlərə dəstək üçün 150 milyon avronu haradan alacağını bilmədiyini təəssüflə bildirib. 

"Qəzəbli fermerlər və yoxsulluqdan əziyyət çəkən fransızlar bu dəhşətli ikiüzlülüyünü qiymətləndirəcəklər", - siyasətçi yazıb. 

Xatırladaq ki, Makron Ukrayna prezidenti Volodimir Zelenski ilə təhlükəsizlik təminatlarına dair ikitərəfli saziş imzalayıb. Müqavilə çərçivəsində Fransa 2024-cü il ərzində Ukraynaya 3 milyard avro hərbi yardım ayıracaq.

Gülayə Mecid