Hindistanın cənubundakı Tamil Nadu ştatında fişəng fabrikində baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb, 9 nəfər ağır yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan polisi məlumat yayıb.
Polisin məlumatına görə, partlayış baş verən zaman işçilər fabrikdə olublar. Yaralılar dövlət xəstəxanasına yerləşdiriliblər.