Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen fevralın 19-da yeni müddətə namizədliyini irəli sürmək niyyətini açıqlayacaq.

"Unikal" xəbər verir ki, fon der Lyayen bu barədə təmsil etdiyi Almaniyanın Xristian Demokrat İttifaqı Partiyasının rəhbərliyinin iclasından sonra açıqlama verəcək.

Ursula fon der Lyayen 2019-cu ildə Avropa Komissiyasının sədri vəzifəsini icra edib və Avropa İttifaqı tarixində bu vəzifəni tutan ilk qadın olub. Onun mandatı 2024-cü ilin sonunda başa çatır.

*** 09:25

Avropa Komissiyasının başçısı Ursula Fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında bəyan edib ki, Avropa Komissiyasının növbəti tərkibində ilk dəfə olaraq müdafiə üzrə Avropa komissarı vəzifəsi yaradılacaq.

"Unikal" xəbər verir ki, Fon der Lyayen deyib:“Əgər mən Avropa Komissiyasının növbəti tərkibinə başçılıq etsəm, əlbəttə ki, müdafiə üzrə Avropa komissarı postunu yaradacağam. Onun hansı ölkədən, kişi və yaxud qadın olacağını hələ bilmirəm, lakin bu vəzifə bizə lazımdır”.

Avropa Komissiyasının növbəti tərkibi 2024-cü ilin noyabrında öz işinə başlayacaq.