Qırmızı bülletenlə axtarışda olan, lideri Beratcan Gökdemir olan mütəşəkkil cinayətkar qrupdan 12 şübhəlinin Kafes-42 əməliyyatı ilə tutulub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

Təşkilatın geniş cinayət dosyesi ilə bağlı təfərrüatları da paylaşan nazir, "Ölçüsü nə olursa olsun, mütəşəkkil cinayət təşkilatlarının xalqımızın dincliyini pozmasına icazə verməyəcəyik" deyib.