İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvləri ilə qarşıdurmada ilkin təsbitlərə görə, 6 terrorçu zərərsizləşdirilib, 1 əsgər şəhid olub.
"Unikal" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə, separatçı terror təşkilatı üzvlərinin “Pəncə-Kilid” əməliyyatı bölgəsində bir bazaya soxulmağa cəhd göstərdiyi, baş verən qarşıdurmada bir Türkiyə əsgərinin şəhid olduğu bildirilib.
Qarşıdurmada yaralanan əsgər təcili xəstəxanaya aparılıb və müalicəsinə başlanılıb.
Bölgədə əməliyyatlar davam edir.