Türkiyəli müğənni Ebru Gündəş dördüncü dəfə ailə həyatı quracaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi iş adamı Murad Özdəmirlə nikah masasına əyləşəcək.
Cütlük ortaq dostları vasitəsi ilə ötən ilin sonlarında tanış olub.
Qeyd edək ki, Özdəmirin ilk həyat yoldaşından 2, ikinci yoldaşından isə 1 övladı var.
Ebru Gündeşin isə ilk evliliyindən bir qızı dünyaya gəlib.