Estoniyanın baş naziri Kaya Kallas Rusiya Daxili İşlər Nazirliyinin onun barəsində axtarış elan edilməsi ilə bağlı qərarından qorxmadığını bildirib.

"Unikal" "Röyters"ə istinadən xəbər verir ki, Kallas bu "ssenari"dən qorxmadığını deyib.

"Bu hərəkət başqa cür qəbul edəcəyim qərarlardan çəkinmək üçün məni qorxutmaq məqsədi daşıyır. Ancaq bu, Rusiyanın ssenarisidir. Bunda təəccüblü heç nə yoxdur və biz qorxmuruq", - deyə Kallas bildirib. 

Fevralın 13-də Rusiya Daxili İşlər Nazirliyi Kaya Kallas və Estoniyanın dövlət katibi Taymar Peterkopu "Sovet əsgərlərinin abidələrinin dağıdılması və zədələnməsinə görə" cinayət işi üzrə axtarışa verib.