Çindən olan bir kişi yaddaş problemlərinə görə həkimə müraciət edib.

"Unikal" "Daily Mail"ə istinadən xəbər verir ki, yaddaşsızlıq simptomlarının akupunktur zamanı beyin arteriyasına daxil olan iynə ilə əlaqəli olduğu ortaya çıxıb. 
 Sıçuan əyalətindən olan 74 yaşlı xəstə beynində iynə ilə 20 il yaşayıb.

Həkimlər adamın beynindəki arteriyaya çox kiçik iynənin ilişdiyini aşkar ediblər. Kişinin yaxınları onun 20 il əvvəl miqren xəstəliyinə görə akupunktur prosedurlarından keçdiyini xatırladıblar. Həkimlər hesab edirlər ki, bu zaman iynə gözün arxasındakı arteriyaya girmiş ola bilər.

İynəni çıxarmaq üçün həkimlər xəstənin kəllə sümüyünün bir hissəsini kəsiblər. Əməliyyatdan 10 gün sonra kişi süni nəfəs aparatından ayrılıb və o, sağalmağa başlayıb. Lakin ümumi anesteziya zamanı yaranan fəsad səbəbindən xəstə ölümcül ağciyər infeksiyasına yoluxub və əməliyyatdan sonra cəmi üç həftə yaşayıb.