ABŞ-nin keçmiş prezidenti Donald Tramp Filadelfiyada “Trump Sneakers” adlı ayaqqabı brendini təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Bu, çoxdankı arzumdur. Mən bu ideyanı həyata keçirən heyrətamiz insanlarla əməkdaşlıq etdim və əminəm ki, o, bazarı fəth edəcək", - deyə Tramp açılış mərasimində bildirib.

Kolleksiyaya üç model daxildir: 399 dollara qızılı rəng üzərində T və ABŞ bayrağı olan “Never Surrender High-Tops”, “POTUS 45” hərfi olan ağ trikotaj idman ayaqqabısı. Ümumilikdə min cüt ayaqqabının buraxılacağı, hər birinin nömrələnəcəyi qeyd olunur. İdman ayaqqabıları iyulda satışa çıxarılacaq.