Keçmiş "YouTube" rəhbəri Syuzan Vocitskinin oğlu Marko Troperin Berklidəki Kaliforniya Universitetinin yataqxanasında meyiti tapılıb. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Troperin yüksək dozada narkotik qəbulundan öldüyü ehtimal edilir. 

19 yaşlı gəncin əsl ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq. 

Qeyd edək ki, Syuzan Vocitski 2014-2023-cü illərdə "YouTube"a rəhbərlik edib.