Ukraynada əvvəllər olmadığı qədər kadr çatışmazlığı var.

“Unikal” xəbər verir ki, bunu Ukrayna Ali Radasının İqtisadi inkişaf komitəsinin sədri Dmitri Nataluxa deyib.

"Kadra gəlincə, bu, fəlakətdir, bizdə istehsalatda müəyyən ixtisaslar üzrə güclü kadr çatışmazlığı var, indiyədək belə hal olmayıb. Bu təbiidir: çox adam ölkədən getdi, bəziləri də cəbhəyə yollandı, bəziləri reabilitasiya üçün xəstəxanalardadır və yenidən hazırlıq proqramının həyata keçirilməsinə vaxt yoxdur", - o bildirib.