"Ölkə həm mental, həm də strateji cəhətdən müharibəyə hazır olmalıdır". 

"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. 

O, əlavə edib ki, bütün qanlı kampaniyalar qərbdən şərqə doğru gəlib: "Torpaqlarımıza marağın əsl səbəblərini bilirik... Bizə müharibə lazım deyil, lakin biz buna həm mental, həm də strateji cəhətdən hazır olmalıyıq". 

Onun sözlərinə görə, NATO Rusiya və Belarusla sərhəddə 32 min əsgər, o cümlədən 1000-dən çox zirehli texnika, 160-a yaxın artilleriya sistemi və minaatan, 235 təyyarə və helikopter yerləşdirib. 

Ağarza Elçinoğlu