Braziliyalı məşhur aktrisa Regina Vianna 81 yaşında vəfat edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, o, Rio-de-Janeyrodakı Terezopolis Xəstəxanasında hemorragik insultdan dünyasını dəyişib.

Qeyd edək ki, Regina 1970-1980-ci illərdə məşhur "Globo" kanalında yayımlanan seriallardan sonra şöhrət qazanıb. Aktrisa "Rəqs edən günlər", "Reba haqqında", “Severinin ölümü və həyatı”, “Medeya”, “Qabriela”, “Elena”, “Fəryad”, “Toya vida”, “Kişilər planeti” kimi film və seriallarda rol alıb.