İsrail ordusu Qəzza zolağının şimalındakı Zeytun rayonuna hərbi hücuma keçdiyini açıqlayıb. Digər tərəfdən, İsrail əsgərlərinin Qəzzada bir məktəbdə saxlanılan yüzlərlə fələstinlinin paltarlarını çıxarması böyük reaksiyaya səbəb olub.

“Unikal” xəbər verir ki, sözügedən görüntülər sosial media platformalarında yayımlanıb.

Videoda Qəzza şəhərindəki Səlahəddin adına orta məktəbinin həyətində İsrail ordusu qüvvələri tərəfindən saxlanılan kişilərin paltarlarını soyunub, əllərini yuxarı qaldıraraq yerdə oturduğu görünür. İsrail əsgəri tərəfindən lentə alınan videonun çəkiliş tarixi hələlik bəlli deyil. Fələstin hökuməti görüntülərlə bağlı beynəlxalq qurumlardan yardım istəyib.

Zərifə Nağıyeva