Rusiya sülhməramlılarının Qarabağdakı missiyasını davam etdirmək üçün əsaslar var.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
O qeyd edib ki, Rusiya sülhməramlılarını bölgədən çıxarmaq lazım deyil: "Qarabağ erməniləri geri qayıtmaq istəmir, çünki onlar bu halda Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar. Azərbaycan vətəndaşlığını qəbul etsələr, gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsi olarsa, Ermənistana qarşı döyüşməli olacaqları qorxusu var, çünki Azərbaycan ordusuna çağırılacaqlar".
Zatulin onu da bildirib ki, Qarabağın erməni əhalisinin müəyyən hissəsi geri qayıda bilər.
Ağarza Elçinoğlu