Qoşunların qarşılıqlı şəkildə çıxarılması Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısını almağa imkan verəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə deyib.

"Biz bu təşəbbüsü açıq şəkildə təqdim etdiyimiz gündən məsələ gündəmdə olub və qalır. Biz qəti şəkildə əminik ki, qoşunların geri çəkilməsi insidentlərdən qaçmağın ən yaxşı yoludur. Bu, stabilləşdirici amil olacaq", - Qriqoryan bildirib.

Ağarza Elçinoğlu