Avropa İttifaqının Ermənistanda yerləşən müşahidə missiyası son bir ildə 1720 patrul həyata keçirib.
"Unikal" xəbər verir ki, bu barədə missiyanın rəhbəri Markus Ritter Aİ-nin Ermənistandakı müşahidə missiyasının 1 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, missiya sərhədyanı rayonlarda sülh və təhlükəsizliyə töhfə verib.
Markus Ritter həmçinin İcevandan Qafana qədər 6 aparıcı bazanın yaradıldığını deyib.
Ağarza Elçinoğlu