2019-cu ildə ömürlük həbs cəzası alan meksikalı narkobaron Joaquin Xoakin "El Çapo" Quzmanın nəvəsi dünya mediasının diqqətini çəkib. 

"Unikal" xəbər verir ki, onun 18 yaşlı nəvəsi Frida Quzman Munoz London və Paris kimi Avropa paytaxtlarında lüks həyat tərzi sürür. 

Model və müğənni kimi çalışan Frida 109 min izləyicisi olan İnstaqram hesabında tez-tez Versal, Disneylend, Bukingem sarayı, London qülləsi kimi yerlərdə turistik fotolarını paylaşır. Onun atası Edqar Quzman Lopez 2008-ci ildə Meksikada dayanacaqda rəqib narkotik tacirləri tərəfindən güllələnərək öldürülüb.

Qeyd edək ki, 3000-dən çox insanın qatili olduğu güman edilən narkobaron "El Çapo" ABŞ-nin Kolorado ştatında yerləşən və dünyanın ən təhlükəsiz həbsxanası kimi tanınan Supermaksda ömürlük həbs cəzasını çəkməyə davam edir. Narkotik alverçisi 2015-ci ildə həbsdə olsa da, həbsxanada qazılan tunellərdən keçərək qaça bilib. 66 yaşlı "El Çapo" növbəti il ​​Meksikada yenidən həbs olunub, sonra ABŞ-yə ekstradisiya edilib.