İsrail parlamenti Fələstin dövlətinin birtərəfli tanınmasını rədd edən qətnaməni təsdiqləyib.

"Unikal" bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata əsasən, Knesset (İsrail parlamenti) ölkənin Nazirlər Kabinetinin Fələstin dövlətinin yaradılmasını və birtərəfli tanınmasını rədd edən qərarını təsdiqləyib.

Sənədi 120 yerlik parlamentin 99 deputatı dəstəkləyib.