Tailandda saxlanılan rusiyalı reper-müğənni Matrang (Alan Xadzaraqov) Moskvaya deportasiya olunub.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, narkotik istifadəçisi olan reperin hazırda klinikaların birində reabilitasiyaya yerləşdirildiyi bildirilib.
"Çoxları Alanın narkotik istifadə etdiyinə inanmaq istəmirdi, amma təəssüf ki, bu, acı həqiqətdir. Biz onun özünü sürüklədiyi vəziyyətdən çıxmasına kömək etmək üçün əlimizdən gələni edirik. İndi Alanı çox uzun bir müalicə gözləyir. O, ünsiyyət qurmayacaq, çıxış etməyəcək və bütün ictimai fəaliyyəti dayandırılacaq",- deyə müğənninin bacısı sosial şəbəkədə yazıb.