Venesuelanın Bolivar əyalətində qeyri-qanuni fəaliyyət göstərən Bulla Loca adlı qızıl mədənində çökmə baş verib.

“Unikal” xəbər verir ki, uçqunun sürüşmə nəticəsində baş verdiyi bildirilsə də, təbii fəlakətdə azı 30 nəfər həyatını itirib. Təxminən 100 nəfərin torpağın altında qaldığı bildirilib. Çox  sayda axtarış-xilasetmə qrupları helikopterlə bölgəyə göndərilib.

Zərifə Nağıyeva