"ABŞ Bakı və İrəvanı sülh müqaviləsi imzalamağa təşviq edir".
"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat üçün keçirdiyi brifinqdə bildirib.
Dövlət katibinin hələ də sülhün əlçatan olduğuna inanırmı sualına Miller müsbət cavab verib və əlavə edib ki, baş nazir Paşinyan və prezident Əliyevlə görüşündə onları bu istiqamətdə birgə işləməyə çağırıb.
"O, hələ də sülhün əlçatan olduğuna inanır və dövlət katibi bunu hər iki ölkənin liderləri ilə müzakirə edərək, onları qalan bir neçə problemi aradan qaldırmaq üçün birlikdə işləməyə çağırıb", - Miller mətbuat konfransında deyib.