KTMT Katibliyinə İrəvanın üzvlüyünün dayandırılması ilə bağlı heç bir müraciət daxil olmayıb.
"Unikal" xəbər verir ki, bu barədə KTMT-nin katibliyi məlumat yayıb.
"Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı bəyanatı ilə Paşinyan çox güman ki, təşkilatın keçirdiyi tədbirlərdə iştirak etməməyi nəzərdə tutub", - katiblikdən bildirilib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "France 24" telekanalına müsahibəsində deyib ki, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub.
Ağarza Elçinoğlu