Koreya Respublikası və ABŞ-nin Hərbi Hava Qüvvələri F-35A qırıcı təyyarələrinin iştirakı ilə birgə təlimlər keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.

ABŞ-nin Cənubi Koreyadakı hərbi kontingenti F-35A qırıcılarına malik deyil və təlimlərdə Koreya Respublikasının F-35A, KF-16, F-15K və digər növ təyyarələri iştirak edib. Təlimlər zamanı şərti düşmənin təyyarələrinin və qanadlı raketlərinin zərərsizləşdirilməsi üzrə müdafiə tədbirləri yoxlanılıb.