Ermənistan sülh müqaviləsindən asılı olmayaraq müdafiə silahları almağa davam edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan deyib. 

"Ermənistan öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün silah və sursat alır. Ermənistanın aldığı silah və sursatlar heç bir ölkəyə qarşı təcavüz məqsədi daşımır. Yaxın gələcəkdə sülh müqaviləsi imzalandıqdan sonra hansı təhlükəsizlik mühitinə malik olacağımızdan asılı olmayaraq, Ermənistan Silahlı Qüvvələri müdafiə silahları və sursatları almağa davam edəcək və bu gün imzaladığımız müqavilələr də bundan ibarətdir", - deyə Papikyan bildirib. 

Qeyd edək ki, bu gün İrəvanda Ermənistan və Fransa müdafiə nazirləri arasında yeni əməkdaşlıq sazişləri imzalanıb.

Ağarza Elçinoğlu