Paytaxt yollarında sürücülərin hərəkətinə mane olan bir qrup şəxs peyda olub. Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. Belə ki, Həsən Seyidbəyli və Mirzağa Əliyev küçələrində sürücülər, geyimləri qəribə olan bu şəxslərlə qarşılaşdıqlarını bildiriblər. Onlar həm də, sürücülərin hərəkətinə mane olublar.

"Unikal" oxu.az-a istinadən xəbər verir ki, ruhi əsəb dispanserində qeydiyyatda olan 1962-ci il təvəllüdlü qadın paytaxtın Səbail rayonunda polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq qeydiyyatda olduğu dispanserə yerləşdirilməsi təmin olunub.