Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalının jurnalistinin "Rusiya prezidenti Vladimir Putinə güvənirsinizmi?" sualına birbaşa cavab verməyib.

"Unikal" xəbər verir ki, o, sualdan yayınıb və Putinlə "dövlətlərarası münasibətlərdə olduğunu” bəyan edib.“Ermənistan və Rusiya arasında münasibətlərin uzun tarixi var. Bu münasibətlərin tarixi müəyyən institusional ənənələrə malikdir. Biz o ənənələrin daxilindəyik”, - deyə Paşinyan bildirib.

O, Putinlə sonuncu dəfə dekabr ayında əlaqə saxladığını açıqlayıb.