Amerikada AH-64 "Apache" helikopteri Missisipi ştatında qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində iki ABŞ Milli Qvardiyası mənsubu həlak olub.

"Missisipi Milli Qvardiyasının AH-64 helikopteri bu gün təlim uçuşu zamanı qəzaya uğrayıb. Təəssüf ki, göyərtəsində olan hər iki hərbi qulluqçu sağ qalmayıb", - deyə ştatın qubernatoru Teyt Rivz “X”də yazıb.