Böyük Britaniya Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümündə Ukraynaya yeni yardım paketini elan edib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

O, Birləşmiş Krallığın Ukrayna üçün artilleriya mərmilərinin istehsalına 245 milyon funt sterlinq ayırdığını qeyd edib: "Böyük Britaniya gələn il Ukrayna üçün təcili ehtiyac duyulan artilleriya sursatlarının istehsalının artırılmasına kömək etmək üçün 245 milyon funt sterlinq xərcləyəcək".

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin 24 fevralında başlamışdı.