İtaliya, Kanada və Belçikanın baş nazirləri Ciorcia Meloni, Castin Trüdo və Aleksandr de Kroo, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə səfər ediblər.

"Unikal" xəbər verir ki, onların səfəri Rusiyanın Ukraynaya hərbi təcavüzünün ikinci ildönümündə Kiyev ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da Avropa liderlərinin ardınca Ukraynaya həmrəylik səfəri edib.

Məlumata görə, Yeddilik Qrupu (G7) ölkələrinin liderləri fevralın 24-də Ukraynaya dəstək haqqında birgə bəyanatı müzakirə edəcəklər. Eyni zamanda, Avropa İttifaqının 27 dövləti Ukrayna üçün döyüş sursatlarının alınması barədə saziş imzalayacaq.

Xatırladaq ki, fevralın 23-də Avropa İttifaqı Rusiya əleyhinə 13-cü sanksiyalar paketini rəsmən təsdiqləyib. Sanksiya siyahısına 200-ə yaxın hüquqi və fiziki şəxsin əlavə olunub.