KİV Ukrayna prezidenti Volodimir Zelenskinin martın 4-də Ermənistana səfər edəcəyi ilə bağlı məlumat yayıb.

"Unikal" xəbər verir ki, Ermənistan XİN bu barədə məsələyə münasibət bildirib. 

Qeyd olunub ki, nazirlik Ukrayna prezidentinin yaxın vaxtlarda Ermənistana gedəcəyi ilə bağlı KİV-də yayılan xəbəri nə təkzib edir, nə də təsdiqləyir.

"Deyə bilərəm ki, yüksək səviyyəli səfərlər vaxtında məlumatlandırılır", - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan deyib. 

Məlumatlara görə, Zelenski regional səfəri çərçivəsində Bakıya da səfər etməli idi. Azərbaycan tərəfi bu xəbərləri təkzib edib.

 Ağarza Elçinoğlu