İranda 4,8 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Fin rayonunda, 21 km dərinlikdə qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur.