Erməni hərbçi həmkarının açdığı atəş nəticəsində həlak olub, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayılıb.

Bir gün əvvəl ölən erməni hərbçi, ilkin versiyaya görə, əsgər yoldaşının açdığı atəş nəticəsində həlak olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və vəziyyəti araşdırır.

Bildirilir ki, əsgərlər arasında heç bir fikir ayrılığı və ya problem olmayıb.

İlkin versiyaya görə, atəşin ehtiyatsızlıqdan açıldığı, Avaq Zakaryanın ölümünə səbəb olduğu qeyd edilir.

*** 00:16

Ermənistan ordusunun əsgəri naməlum şəraitdə ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 24-də saat 17:55 radələrində naməlum şəraitdə N saylı hərbi hissəsinin əsgəri Avaq Danieloviç Zakaryan ölüb.

"Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır", - məlumatda qeyd olunub.