Qırğızıstan, Qazaxıstan və Çinin sərhəd bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyasının mətbuat xidməti məlumat yayıb. 

Qeyd edilib ki, Almatı sakinləri 3,0 bal gücündə yeraltı təkanlar hiss ediblər.

Çində isə zəlzələ 5,7 bal gücündə hiss olunub.