ABŞ Belarusda bu gün başa çatan Lukaşenko rejiminin saxta parlament və yerli seçkilərini pisləyir.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bildirilib ki, seçkilər qorxu mühitində keçib: "Heç bir seçki prosesini demokratik adlandırmaq olmaz. Administrasiya 1400-dən çox siyasi məhbusu saxlamağa davam edir. Bütün müstəqil siyasətçilər ya həbs olunub, ya da qovulub. 

Bütün müstəqil siyasi partiyaların qeydiyyatı rədd edildi. Xaricdəki belaruslular ancaq Minskə qayıtdıqları halda səs verə bilərlər. Bu sui-istifadələr Belarus daxilində real siyasi fəaliyyəti və diskursunu faktiki olaraq dondurdu.

Rejim Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının seçkiləri müşahidə etməsinə mane oldu, azad və ədalətli seçkilər üçün zəruri olan şəffaflığı daha da məhdudlaşdırdı".

Ağarza Elçinoğlu