"Sülh müqaviləsi istiqamətində danışıqlarda bəlli fasilə yaranmışdı. Buna baxmayaraq, mətn üzərində işlər davam etdirilirdi".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Münxen Təhlükəsizlik konfransında Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüşdən sonra artıq prosesə yenidən start verilməsi barədə qərar verilib.
"Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır".
Anar Kəlbiyev