Futbol üzrə Yaponiya millisinin bombardiri Şinji Okazaki mövsümün sonunda karyerasını başa vuracaq.
"Unikal" xəbər verir ki, bu barədə 37 yaşlı hücumçunun özü açıqlama verib. Onun sözlərinə görə, bu qərarı qəbul etməsinə səbəb aldığı zədələr olub.
Qeyd edək ki, Şinji Okazaki 2016-cı ildə "Lester"in heyətində İngiltərə Premyer Liqasının qalibi olub. O, Yaponiya millisinin heyətində 119 oyun keçirib, 50 qol vurub.