Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi (HACC) Odessada neft oğurluğunda şübhəli bilinən  Ali Radanın keçmiş deputatı Sergey Paşinskini həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri özünün Telegram kanalında məlumat yayıb.

Onun məlumatına görə, keçmiş deputat 272 milyon qrivna (7 milyon dollar) məbləğində girov müqabilində istintaq təcridxanasına salınıb.

Fevralın 12-də “Strana.ua” nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb ki, Sergey Paşinskinin yerində axtarışlar aparılıb.

Mənbə bildirib ki, axtarışlar Odessada neft oğurluğu ilə bağlı aparılıb. Nəşrin məlumatına görə, Paşinskidən başqa, onun biznes ortağı Sergey Tişşenko da daxil olmaqla bir neçə nəfərin evində də axtarış aparılıb.

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş məmurlarını axtarışa vermişdi: Sergey Paşinski və xarici işlər naziri Andrey Deşçitsa. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasına əsasən, Paşinski və Deşitsa Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadırlar.