Qırğızıstanda qar uçqunu nəticəsində Çexiyadan olan 4 turist həlak olub.

"Unikal"ın xəbərinə görə, bu barədə İssık-Kul vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Stalbek Usubakunov KİV-ə məlumat verib.

"İssık-Kul vilayətinin Jırqalan dərəsində Çexiyadan gələn dörd turist qar uçqununun altında qalıb", - Usubakunov deyib.

İlkin məlumata görə, turistlər Jırqalana xizəkdə sürüşmək üçün gəliblər.

Həlak olanların şəxsiyyəti müəyyən olunub.