Rusiya polisi Çelyabinsk Elektrometallurgiya Zavodunun (CHEMK) sahibi və Forbes 2021-ə görə Rusiyanın ən varlı adamlarından biri olan Yuri Antipovu saxlayıb.

"Unikal" xəbər verir ki, hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, biznesmen dələduzluqda şübhəli bilinir.

“Çelyabinsk Elektrometallurgiya Zavodunun sahibi Yuri Antipov dələduzluqla bağlı cinayət işi çərçivəsində saxlanılıb. Hazırda onunla bağlı əməliyyat-istintaq tədbirləri aparılır ” , - deyə hüquq-mühafizə orqanlarından bildirilib .

Milyonçuya qarşı cinayət işi Daxili İşlər Nazirliyində araşdırılır. Əməliyyat fəaliyyəti FSB əməkdaşları tərəfindən həyata keçirilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, dindirildikdən sonra Antipova getməməsi barədə yazılı öhdəlik verilib.ChEMK Rusiya Federasiyasında bazarın təxminən 80 faizini satan ən böyük ferroərinti istehsalçılarından biridir.

Fevralın 26-da Sverdlovsk vilayətinin Arbitraj Məhkəməsi “ChEMK”, “Serov” ferroərinti zavodu və “Kuznetsk ferroərintiləri” şirkətlərinin səhmlərini dövlət mülkiyyətinə keçirib. Hər üç zavod Antipova və onun ailə üzvlərinə məxsus Ural-Sibir Metallurgiya Şirkətinin bir hissəsi idi.

Rusiya Federasiyasının Baş Prokurorluğu sahibkarın fabriklərinin döyüş sursatı və silah istehsalı üçün nəzərdə tutulmuş məhsullar istehsal edərək ABŞ, Fransa və Böyük Britaniyaya ucuz qiymətə satdığı üçün Rusiyanın mülkiyyətinə verilməsini tələb edib.