Beynəlxalq Ticarət Palatasının Baş katibi Con Denton ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.